Qışda "Qarabağ"dan ayrılaraq "Krasnodar"la 3 illik müqavilə bağlayan Kadi Borges Malinovskinin Azərbaycana qayıtması ilə bağlı xəbərlər yayılıb. 

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin 27 yaşlı vingeri Rusiya klubundan 1 illik icarəyə götürməyə hazırlaşdığı bildirilir. 

Dünən "Kəpəz"lə oyundan (1:1) sonra baş tutan mətbuat konfransında Qurban Qurbanov bu məsələyə münasibət bildirib. Mütəxəssis Kadi ilə danışıqlar aparmadıqlarını açıqlayıb.

Kadi 2021-ci ilin iyunundan 2023-cü ilin yanvarına qədər Azərbaycan çempionunun heyətində 41 oyun keçirib, 16 qol vurub.