21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Serbiya yığmasına qarşı keçirəcəyi oyunun stadionu açıqlanıb.

Offsideplus.az xəbər verir ki,  Serbiya - Azərbaycan qarşılaşması sentyabrın 12-də Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək.

Oyunun başlama vaxtı ilə bağlı daha sonra məlumat veriləcək.