"Səbail" növbəti mövsümə hazırlığı davam etdirir.

 Toplanışın ilk mərhələsini Bakıda keçirən "dənizçilər" ötən gün "Kəpəz"lə baş tutan yoxlama matçında 2:1 hesablı qələbəyə sevinib.

Paytaxt təmsilçisinin kapitanı Adil Nağıyev Offsideplus.az-a açıqlamasında yeni mövsüm üçün iddialı komanda qurmaq istədiklərini bildirib:

"Hazırlığın ilk mərhələsini bir həftəlik proqramla Bakıda keçirdik. Toplanışın növbəti mərhələsi isə 14 günlük proqramla Türkiyənin Ərzurum şəhərində olacaq. Orada 3 yoxlama oyunu keçirəcəyik. Yeni mövsüm üçün iddialı komanda qurmaq istəyirik. Zamanla hər şeyi görəcəyik".

Daşqın Əziz