"Zirə" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Fuad Bayramovla müqavilə bağlayıb. Müdafiəçi sonradan transfer edilmək hüququ ilə növbəti mövsümün sonunadək "Şamaxı"dan icarəyə götürülüb.

Qeyd edək ki, "Zirə" bunadək Məqsəd İsayev, İsmayıl İbrahimli, Ruan Renatonu transfer edib.