Maykl Essyen karyerasını başa vuran Rahid Əmirquliyev barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 2019-2020-ci illərdə "Səbail"də çıxış etmiş Essyen "dənizçilər"in mətbuat xidmətinə açıqlama verib.

"Salam, Rahid. Karyeranı bitirməyin barədə məlumat aldım. Sənə uğurlar arzulamaq üçün kiçik bir video hazırladım. Səninlə oynamaqdan həzz alırdım. Hər şeyin ən yaxşısını arzu edirəm. Görüşənədək", Essyen deyib.