Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İstanbulda Türkiyə yığması ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, matç komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv növbəti görüşünü iyunun 20-də “Dalğa Arena”da Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. Görüş saat 19:30-da başlayacaq.