Hazırda Azərbaycan yığmasının düşərgəsində olan Cəlal Hüseynov iyunun 14-dən etibarən 21 yaşadək futbolçulardan ibarət millimizin heyətinə qoşulacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Cəlal Hüseynov ötən gün Bolqarıstanın "Arda" klubu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Azərbaycan U-21 millisi iyunun 17-də İstanbulda Türkiyə, iyunun 20-də isə “Dalğa Arena”da Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirək.