Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun qolsuz heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk qarşılaşma Gürcüstan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.