“Sumqayıt” klubu ötən mövsümü "Zirə"də keçirmiş Mehdi Cənnətovla müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin müddəti 3 il müddətinə nəzərdə tutulub. 
Qeyd edək ki, 2017-2020-ci illərdə də "Sumqayıt"ın şərəfini qorumuş Cənnətov həmin müddət ərzində 63 oyun keçirib. Milli komandamızda 1 matçda iştirak etmiş qapıçı son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydanda olub.