"Zirə"nin qapıçısı Mehdi Cənnətov klubla vidalaşıb. 

Offsideplus.az xəbər verir ki, o, instaqram hesabında bununla bağlı paylaşım edib.

"Klub rəhbərliyinə, məşqçilər korpusuna, Bolşikova, idarəçilərə, masajçı həkimlərinə görə "Zirə" ailəsinə təşəkkür etmək istəyirəm. Onlara gələcəkdə uğurlar arzulayıram", - deyə qolkiper bildirib.