Misli Premyer Liqasının XXXV turunda fərqlənən Riçard Almeyda “Qarabağ”ın heyətində 60-cı qolunu vurub.

Offsideplus.az xəbər verir ki, bu barədə PFL-nin rəsmi saytı məlumat yayıb.  Braziliya əsilli yarımmüdafiəçi “Sumqayıt”la ev görüşündə (1:2) rəqib qapısına yol tapıb. Riçard Ağdam klubunun heyətində Azərbaycan çempionatında 47, avrokuboklarda 8, ölkə kubokunda 5 qola imza atıb.

Almeyda “Qarabağ”ın heyətində 2012/13 mövsümündə debüt edib. O, ilk qolu da “Sumqayıt”ın qapısından keçirib. Yarımmüdafiəçi 2012-ci il avqustun 12-də səfərdəki qarşılaşmada (6:1) fərqlənib.