19 yaşadək qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək. 

Offsideplus.az xəbər verir ki, yığmamız Bakı vaxtı ilə saat 13:00-da Slovakiyada keçirəcək oyunda Monteneqro yığması ilə qarşılaşacaq.

Oyunu Kiprdən olan hakim idarə edəcək.

8 aprel
13:00. Monteneqro – Azərbaycan
Qabçikovo stadionu
Baş hakim: İoanna Allayiotou (Kipr)
Baş hakimin köməkçiləri: Despoina Demosthenous (Kipr), Anna Vieczorek (Polşa)
Dördüncü hakim: Katarzyna Lisiecka-Sek (Polşa)