Özbəkistan millisinin sabiq baş məşqçisi Samvel Babayan futboldan ömürlük uzaqlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Federasiyası qərar verib. Erməni əsilli özbəkistanlı məşqçi “Paxtakor”da işləyərkən oyunçuların müqavilələrində qanunsuz dəyişikliklər etməkdə günahlandırılıb.
Qeyd edək ki, Babayan ötən ilin sentyabr ayında istefaya göndərilmişdi.
qol.az