Azərbaycanın U-21 yığma komandası 2 yoxlama oyunu keçirəcək.

Offsideplus.az xəbər verir ki, komanda Albaniya və Sloveniyanın müvafiq yaş qrupu üzrə yığmaları ilə üz-üzə gələcək. Hər iki qarşılaşma 20 - 27 martda Türkiyənin Antalya şəhərində təşkil ediləcək təlim-məşq toplanışı zamanı olacaq.

Millimiz martın 23-də Albaniya, 26-da isə Sloveniya ilə qarşılaşacaq.