Misli Premyer Liqasının 17-ci turunda “Səbail”lə oyun “Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadə üçün əlamətdar olub.

Offsideplus.az “kimyaçılar”ın rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə meydana çıxmaqla çempionatda debüt edib.

80-ci dəqiqədə Todor Todoroskini əvəzləyən Əhmədzadə cari mövsümdə Premyer Liqada meydana çıxan ən gənc oyunçu ünvanına sahib çıxıb.

Qarşılaşma “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə bitib.