Xəbər verdiyimiz kimi, Azərbaycan Kubokunun 1/4 finalında keçirilən "Zirə" - "Neftçi" matçında (1:0) meydan sahibləri ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Filipe Paxtman zədələnib. Əzələsi dartılan braziliyalı hücumçu ikili mübarizədə yerdə qalıb və oyuna davam etdirə bilməyib.

Onun son durumuna aydınlıq gəlib. Belə ki, "sambaçı" 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Offsideplus.az