Bizi çətin oyunun gözlədiyini bilirdik. Çempionat oyununda onları 3:1 məğlub etmişdik. "Turan Tovuz"un bizimlə oyuna ciddi hazırlaşacağını ehtimal edirdik".

Offsideplus.az xəbər verir ki, bu fikirləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan kubokunun 1/8 finalında "Turan Tovuz"a 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra keçirilən mətbuat konfransında səsləndirib.

O, komandasının hər iki hissədəki oyununu yaxşı dəyərləndirdiyini vurğulayıb: "Çoxsaylı qol imkanları yaratdıq, təəssüf ki, onları qola çevirə bilmədik. Həm hücum, həm müdafiədə yaxşı oynadıq. Futbolda "vurmayana, vurarlar" prinsipi işə düşdü, nəticədə uduzduq. Ancaq biz önümüzə baxırıq. Artıq növbəti oyunu düşünəcəyik. "Turan Tovuz"a gələcəkdə uğurlar arzulayıram".