“Neftçi”nin hücumçusu Yeqor Boqomolski Belarus milli komandasına dəvət olunub.

 Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçu noyabrın 13-dən 21-nə kimi BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.

Qeyd edək ki, Belarus millisi toplanış çərçivəsində noyabrın 17-də Suriya, 20-də isə Oman yığma komandaları ilə qarşılaşacaq.