"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 12-ci turunda "Qarabağ"a məğlubiyyəti dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, o, 4:0 məğlub olduqları matçdan sonra "CBC Sport"a deyib:

"Qarabağ"a qarşı oynamağın özəlliyi var. 9 ildir, Azərbaycanı Avropada layiqincə təmsil edirlər. Müəyyən kiçik zədələr var idi. Risk etmədik. Rauf Hüseynli də cəzalı idi. Meydana itkilərlə çıxmışdıq. Futbolçular ilk hissədə tapşırıqların öhsədindən gəldilər. Fasilədən sonra gözləmədiyimiz anda qol buraxdıq. Ani diqqətsizlik oldu. Rəqib bunları bağışlamır. "Qarabağ"a uğurlar arzulayıram. Azarkeşlərimizə təşəkküür edirəm".