17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, yığmamız Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Matç rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, milli ilk oyunda Latviyaya 0:4 hesabıyla uduzmuşdu.

26 oktyabr

Avropa çempionatı
Seçmə mərhələ, II tur
14:00. Azərbaycan – Slovakiya 0:5
Salaspils. Salaspils BSS stadium.
Hakimlər: Anastasiya Romanyuk, Oleksandra Vdovina (Ukrayna), Sophie Dennington, Lisa Benn (İngiltərə)