Misli Premyer Liqasının XI turunda "Qarabağ"la oyunda "Turan Tovuz"un futbolçusu Ehtiram Şahverdiyev sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi matçın 22-ci dəqiqəsində əzələsindən zədə alıb və oyuna davam edə bilməyərək meydandan çıxıb. Onu Ben Aziz Dao əvəzləyib. 

Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev saytımıza açıqlamasında E.Şahverdiyevin durumunun MRT müayinəsindən sonra dəqiqləşəcəyini bildirib:

"Əzələ dartılması olub, son durumu MRT-dən sonra dəqiq bilinəcək".

Qeyd edək ki, matç "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.