17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışındadır.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın heyətində dəyişiklik edilib.

 “Sabah” klubunun üzvü Teymur Mirzəyev zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə “Sabah” klubunun digər üzvü Elgün Dünyamalıyev heyətə cəlb olunub.