"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli "Qəbələ" ilə oyundan sonra açıqlama verib.

 Offsideplus.az xəbər verir ki, o, 1:1 hesabı ilə başa çatan oyun barədə təəssüratlarını bölüşüb:

"Azarkeşlərimiz təbrik etmək istəyirəm, biz nə qədər məğlub olsaq da, sona qədər dəstəkləməyə davam edirlər. Lakin çox səbirsizlik edirlər, komandamız gəncdir, yeni formalaşır. Belə oyunlarımız çox olacaq, gələcəkdə xal və xallar qazanacağıq. Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. "Qəbələ" dinamik oynayan komandadır, həmişə dominantlıq edir. Bu cür komandalara qarşı oynamaq bizə çətinlik yaradır. Heyətdə bəzi dəyişikliklər oldu, bu zədə və futbolçulardan bəzilərinin özünü yaxşı hiss etməməsi ilə əlaqədar idi. Qurbanın zədələnməsi topu özümüzdə saxlamağımızda çətinliklər yaradırdı. Buna baxmayaraq futbolçularımız sona qədər mübarizə apardılar".