"Turan Tovuz" klubunun futbolçusu Ehtiram Şahverdiyev zədələnib.

Offsideplus.az xəbər verir ki, o, Misli Premyer Liqasının 9-cu turunda hazırda davam edən "Neftçi" ilə matçın 58-ci dəqiqəsində ikili mübarizə zamanı zədə alıb. Futbolçu meydanı xərəkdə tərk edib. Onun əvəzinə meydana Abbas Ağazadə daxil olub.

Qeyd edək ki, hazırda 2-ci hissəsi oynanılan görüşdə hesab açılmayıb.