Misli Premyer Liqasının VI turunun "Sumqayıt" - "Şamaxı" matçından (1:1) sonra qonaq komandanın baş məşqçisi Vüqar Əsgərli fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, matçla bağlı bunları deyib:

"Hər iki komanda üçün vacib oyun idi. Bizə lazım olan xalı qazandıq. İlk hissədə tez qol buraxmaq futbolçularımızı şoka saldı. Fasilədən sonra bərabərlik qolunu vurduq və nəticədə 1 xal qazandıq".