İspaniyanın 20 yaşadək qadın futbolçulardan ibarət milli komandası Kosta-Rikada keçirilən dünya çempionatının qalibi olub.

Offsideplus.az xəbər verir ki, komanda final görüşündə Yaponiya seçməsini 3:1 hesabı ilə məğlub edib. Niderlanda 4:1 hesabı ilə qalib gələn Braziliya millisi isə mundialı bürünc medalla baş vurub.  

Qeyd edək ki, qadınlar arasında keçiririlən dünya çempionatı 2 ildən bir baş tutur. 2020-ci ildə koronavirusa görə ləğv edilən mundialıın, sonuncusu isə 2018-ci ildə Fransada olub. İspaniya həmin turnirin finalında məhz Yaponiyaya 1:3 hesabı ilə uduzmuşdu.