19 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi Bosniya və Herseqovinadakı təlim-məşq toplanışında bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Azərbaycan millisinin qollarını 3-cü dəqiqədə Nəriman Axundzadə və 73-cü dəqiqədə Qurban Səfərov vurub. Oyunun 69-cu dəqiqədəsində Nuğay Rəşidov qırmızı vərəqə alıb.

Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə rəqibin xeyrinə nəticələnmişdi.