Misli Premyer Liqasının 3-cü turunda keçirilən “Zirə” – “Sumqayıt” matçından (0:0) sonra mətbuat konfransı baş tutub.

Offsideplus.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Aleksey Baqa oyunla bağlı bunları deyib:

- "Kifayət qədər maraqlı oyun oldu. Hər iki komandanın qapısı qarşısında hərarət var idi. Bizim üçün oyunu yaxşı adlandırmaq mümkündü. Bugünkü qarşılaşma emosialarla dolu bir idi".

- Penalti epizodu ilə bağlı nə düşünürsünüz? Sizcə, baş hakim penalti təyin etməyə hazırlaşırdı? 

- Hakimin nə düşündüyünü deyə bilmərəm. O, VAR-da təkrara baxanda, həmin yerə yaxınlaşmaq olmaz. Nə qərar veribsə, o da artıq geridə qaldı.

- Hələ də qol hesabını aça bilməmisiz. Komanda nə vaxt qol vura biləcək? 

- Bunu bilsəydim, reseptini sizə deyərdim. Amma işləyirik. Görürəm ki, uşaqlar da çalışır. Vaxt barəsində nəsə deyə bilmərəm. Hamiləlik deyil ki, 9 aydan sonra nəsə gözləyək.

- "Zirə" səfərinə bir xal üçün, yoxsa qələbə üçün gəlmişdiniz? 

- Səfərdə güclü komanda ilə oynayırdıq. Heç bir idmançı hansısa oyuna məğlubiyyət üçün çıxmır. Oyundan əvvəl futbolçuları da, özümüzü də qələbəyə kökləyirik. Oyundan sonra analizlər edə bilərik.

- Yeni transfer Almir Aqanspahiç haqda fikriniz necədir? 

- Yaxşı transferdi. Keyfiyyətli oyun keçirdi. Komanda ilə oyunöncəsi yalnız bir məşq etmişdi. Onun üçün yeni atmosfer, yeni liqadı. Bir neçə mübarizəni də uddu. Bu gün bir xal qazanmağımızda onun da köməyi oldu.

- Bu mövsüm rəhbərlik sizə nə qədər limit verib? 

- Mənim işim məşqlərdi, komandanı oyuna hazırlamaqdı. Kabinetlərdə, ofislərdə danışılanlar mənə aid məsələ deyil. İstəyirsizsə, "Atalanta"- "Milan" oyununu müzakirə edə bilərik. Əgər hər şeyi fikirləşsəm, başım "partlayar".