Avropa klublarının növbəti reytinq siyahısı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda Azərbaycanın bir təmsilçisi yer alıb.
Qitənin 159 komandası arasında “Qarabağ” da var. Aktivində 145.5 xal olan ağdamlılar siyahıda irəliləyərək, ilk “50-liy”ə düşüb.
Siyahıya 291 xalla “Liverpul” başçılıq edir. İngiltərənin digər təmsilçisi “Çelsi” (283 xal) ikinci yerdədir. İspaniya və İngiltərə çempionları “Real”la “Mançester Siti” aktivlərindəki 252 xalla 3-cü pilləni bölüşdürürlər.