Qəbələdə təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Zirə”nin qapıçısı Səlim Həşimov UEFA  Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsraildə keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Zirə” oyunu üçün əsas komandayə cəlb olunduğundan millinin düşərgəsini tərk edib.

Onun yerinə “Turan Tovuz”dan Ümid Cəfərov heyətə cəlb edilib.