“Neftçi” klubu futbolçusu Fəhmin Muradbəyli ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə birtərəfli şəkildə xitam verilib.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Muradbəyli 2013-2018, 2020-2021-ci illər ərzində komandanın heyətində 94 oyunda 8 qol vurub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib.