Hazırda "Neftçi" klubunun baş məşqçi postuna əsas namizəd olan Ərtoğrul Sağlam Bakıya gəlir.

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 52 yaşlı mütəxəssis bu gün paytaxtımıza səfər edəcək.

Onun "Neftçi"nin bazasında, o cümlədən "Bakcell Arena"da olacağı gözlənilir. Təcrübəli çalışdırıcıyla müqavilənin imzalanması da istisna edilmir.

Mənbəmizin iddiasına görə, "ağ-qaralar"ın idman direktoru Zaur Əzizov Türkiyədə onunla görüşüb və danışıqlar müsbət məcrada yekunlaşıb.

Bildirək ki, Ərtoğrul Sağlam “Bursaspor”la Türkiyə Super Liqasının qalibi olub. O, “Kayserispor”, “Beşiktaş”, “Əskişəhərspor”, “Yeni Malatyaspor” və “Samsunspor” kimi komandalara da rəhbərlik edib. Ərtoğrul Sağlam bu ilin fevralından “Traktor” klubuna başçılıq edir.

Offsideplus.az