21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu komanda Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandasının qonağı olub və 0:3 hesabı ilə uduzub.

7 iyun

Avro-2023, seçmə mərhələ

17:00. Finlandiya – Azərbaycan 3:0

Qollar: Skottya 50, Antmann 55, Sadiku 79

Hakimlər: Jasmin Sabotiç, David Mateus Santos, Dani Dias Balsa, Jeremi Müller
(hamısı Lüksemburq)

"Helsinki Football Stadium".

Qeyd edək ki, Azərbaycan yığması hazırda7 xalla 5-ci pillədə qərarlaşıb. Komanda növbəti görüşünü iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək.