21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 7-də keçiriləcək Finlandiya - Azərbaycan oyununun hakimləri bəlli olub.

Offsideplus.az xəbər verir ki, görüşü Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Jasmin Saboticdir. Ona David Mateus Santos və Dani Dias Balsa kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Jeremi Muller yerinə yetirəcək.

Qeyd edək ki, Helsinkidə “Helsinki Football Stadium”da baş tutacaq Finlandiya - Azərbaycan matçı Bakı vaxtlı ilə saat 17:00-da start götürəcək.