"Sabah"ın 3 futbolçusu əməliyyat olunub.

 Bunlar  Amin Seydiyev, Zurab Oçiqva və  Tiemoko Fofanadır. 

Hər üç oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağını öyrənmək üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq:

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Amin Seydiyev və Zurab Oçiqava 1 aya məşqlərə başlaya biləcək. Komanda bu ayın sonunda növbəti mövsümün hazırlıqlarına başlayacaq. Çox güman, həmin vaxt artıq komanda ilə məşqlərə başlayacaqlar. Fofananın əməliyyatı isə bir qədər ağır olduğundan, onun bərpası bir neçə ay çəkə bilər".

Qeyd edək ki, Amin Seydiyev qasıq yırtığından əməliyyat olunub. Tiemoko dizindəki çarpaz bağının bərpası, Zurab isə menisk əməliyyatı keçirib.

CAVİD ƏLİYEV