Ürfan Abbasov “Qəbələ” klubunun heyətində Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, müdafiəçinin yubileyi 25-ci tura təsadüf edib. “Zirə” ilə səfər matçına qədər çempionatda 199 dəfə “qırmızı-qaralar”ın formasını geyinən vitse-kapitan yubiley görüşünə start heyətində çıxıb. Lakin zədələnən Abbasov 34-cü dəqiqədə əvəzlənib.

“Qəbələ”nin tarixində həm ümumi, həm də çempionatdakı oyun sayında rekordçu olan Ürfan 2012-19-cu illərdə çıxış etdiyi komandaya bu mövsümün startı öncəsi qayıdıb. O, Premyer Liqadakı 200 matçda 4 qol vurub.

Xatırladaq ki, bu matçda “Qəbələ” 3:0 hesabı ilə qalib gəlib.