Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turunda "Zirə" ilə qarşılaşacaq "Qarabağ" oyuna ciddi itkilərlə çıxacaq.

Offsideplus.az xəbər verir ki, 25-ci turda "Sabah"la oyunda (1:1) qırmızı vərəqə ilə meydandan qovulan Patrik Andrade və mövsüm ərzində 4-cü dəfə sarı vərəqə alan Qara Qarayev "Zirə" ilə görüşü buraxacaq.

Qeyd edək ki, mayın 8-də keçiriləcək "Qarabağ" - "Zirə" qarşılaşması saat 20:15-də başlayacaq.