"Zirə" dünən Premyer Liqanın 25-ci turunda "Qəbələ" ilə qarşılaşıb.

Meydan sahiblərinin qapıçısı Mehdi Cənnətov matçın 45-ci dəqiqəsində zədələnərək yerini Anar Nəzirova buraxıb.

30 yaşlı qolkiperin vəziyyəti ilə bağlı "qartallar"ın mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Mehdi 2-3 həftəlik sıradan çıxıb".

Xatırladaq ki, qarşılaşma "Zirə"nin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Cavid Əliyev