"Zirə" klubunun qapıçısı Mehdi Cənnətov zədələnib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Premyer Liqanın 25-ci turunda keçirilən "Qəbələ" ilə matçın 45-ci dəqiqədə zədə alıb. Oyunu davam etdirə bilməyən Cənnətov ikinci hissənin əvvəlində Anar Nəzirovla əvəzlənib.

Qeyd edək ki, "Zirə" sözügedən görüşdə 0:3 hesabı ilə uduzub.