"Düzdür, qapıçımız Andrey Popoviç bir neçə epizodda bizi qoldan xilas etdi. Buna baxmayaraq, komanda oyunu və meydanda olan bütün amillər onu deməyə əsas verir ki, məğlubiyyətə layiq deyildik".

Offsideplus.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXIV tur matçından sonra deyib.

Belaruslu mütəxəssis meydanda birlik və istək göstərdiklərini bildirib: "Amma oyunlarda xal qazanmaq istəyiriksə, bir yox, yarım epizodlardan da yararlanmalıyıq".(report.az)