Rafael Utziq “Qəbələ”də 50-ci oyununu keçirib.

Offsideplus.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçunun yubileyi Premyer Liqanın 21-ci turuna təsadüf edib. “Keşlə” ilə ev matçı (1:1) 26 yaşlı legioner üçün əlamətdar olub.

2020-ci ilin yayından “qırmızı-qara” formanı geyinən Rafael bu müddətdə 10 qol vurub. O, Premyer Liqada 45, Azərbaycan kubokunda 5 dəfə şans qazanıb. Cənubi amerikalı bütün qollarına çempionatda imza atıb.

Xatırladaq ki, Rafael klub tarixinə 50 və daha çox oyun keçirən 51-ci futbolçu kimi düşüb.