21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, milli belaruslu həmyaşıdları ilə qarşılaşıb. "Bakcell Arena"da oynanılan görüş qonaqların qələbəsi ilə başa çatb - 3:1.

Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-i Estoniyaya 3:0 hesabı ilə qalib gəlmişdi.

 

29 mart

19:00. Azərbaycan – Belarus - 1:3

Qollar: Rüfət Abdullazadə, 84 - İlya Vasileviç, 22, Oleq Nikifarenka, 37, Dmitri Latikou, 88 

Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
Bakı. “Bakcell Arena”