Futbol üzrə Azərbaycan millisinin üzvləri bu gün Latviya ilə yoxlama oyununda qələbə qazanacaqları təqdirdə, mükafatlandırılacaqlar.

Offsideplus.az xəbər verir ki, Latviya ilə matçda qazanılacaq qələbə hər futbolçuya 5 min manat qazandıracaq. AFFA-nın adi yoxlama oyununa görə bu məbləğdə mükafat vəd etməsinin səbəbi Malta ilə martın 25-də keçirilən sınaq matçındakı məğlubiyyətdir (0:1). Maltaya məğlubiyyətdən sonra idman mediasında və sosial şəbəkədə AFFA ciddi şəkildə tənqid olunub, federasiya rəhbərliyinin, xüsusən də, icraçı vitse-prezident Elxan Məmmədovun istefası tələb edilib. AFFA rəhbərliyi ardıcıl ikinci yoxlama oyununda məğlubiyyətin tənqidlərin sayını artıracağını anladığından, bu addımı atmaq qərarına gəlib.

Xatırladaq ki, bu gün keçiriləcək Azərbaycan – Latviya oyunu saat 15:00-da başlayacaq.(komanda.az)