Serj Qnabri Almaniya millisinin heyətindən çıxarılıb.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu qripə tutuduğu üçün düşərgədən ayrılıb. Onun əvəzinə "Borussiya"nın yarımmüdafiəçisi Julian Brandt dəvət olunub.
Xatırladaq ki, Bundestim martın 26-da İsrail, 29-da isə Niderlandla yoldaşlıq matçı keçirəcək.