17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq.

Offsideplus.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində martın 23-də və 28-də Maltadan olan yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, yığmamız martın 21-dən 23-dək Bakıda, 23-dən 29-dək isə Maltada hazırlıq keçəcək.