“İlk hissədə çox pis oynadıq".

Offsideplus.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa "Qəbələ"yə evdə 4:0 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra deyib.

41 yaşlı mütəxəssis komandanın çıxışını təhlil edəcəklərini və növbəti oyunlara hazırlıqlarını davam etdirəcəklərini bildirib: “Qəbələ” kimi güclü komandaya qarşı 3 top fərqi ilə geri düşəndən sonra matçı çevirmək çox çətindir".(report.az)