"Sumqayıt" klubunun baş məşqçisi Aleksey Baqa Azərbaycan kubokunun 1/4 finalının "Qəbələ" ilə ilk oyunundan son mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, matçla bağlı bunları deyib:

"Bu gün tabloda görünən hesab lazımsız səhvlərimizin nəticəsidir. Sadə vəziyyətlərdə etdiyimiz top itkiləri fiziki cəhətdən yaxşı vəziyyətdə olan rəqibin epizodlar yaratmasına gətirib çıxarırdı".

Belaruslu mütəxəssis evdə uzuduqları matçı (0:1) şərh edərkən komandasının oyunundan razı qalmadğını bildirib: "Ötürmələrdə etdiyimiz səhvlərə görə hücumlarımız da istədiyimiz effekti vermədi".