19 və 21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq futbolçusu Emre Kaplan Türkiyədə klubunu dəyişib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi  "Hatayspor"a keçib. O, buna qədər "Başakşehir"də çıxış edirdi.

Qeyd edək ki, Emre Kaplan Azərbaycanın U-19 və U-21 millisində 3 rəsmi oyunda iştirak edib.