"Qarabağ" futbolçusu Donald Gerrye ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə haitili yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında deyib. O, Ağdam klubu ilə müqavilənin müddətini daha 1 il uzatdığını bildirib. D.Gerrye bu həftə komandsında Çempionlar Liqasına hazırlıq üçün məşqləri bərpa edəcəyini vurğulayıb.

Qeyd edək ki, Donald Gerrye ötən ilin yayından “Qarabağ”ın şərəfini qoruyur.