“Neftçi” heyətinə yeni hücumçu qata bilər.

Offsideplus.az  xəbər verir ki, "ağ-qaralar" Brazilyanın  “İnternasional” klubunda çıxış edən 20 yaşlı Gilyerme Pato ilə razılıq əldə edib. Bu məlumatı Portu Aleqre təmsilçisinin rəsmi saytı yayıb.

Bildirilib ki, futbolçunun 2022-ci ilə qədər olan sözləşməsi pozulacaq, lakin Patonun növbəti satışından "İnternasional" da gəlir əldə edəcək.

Qeyd edək ki, Pato 2020-ci ilin yanvarından bu klubun əsas komandasın da çıxış edir.